Haqqımızda
ciccitoys.az – uşaqların sağlam və xoşbəxt inkişafı üçün yaradılmış oyuncaq dünyasıdır!
Bu platformanı bir loqoped mütəxəssis olaraq yaratmağımızın əsas məqsədi uşaqların həm əylənərək, həm də öyrənərək inkişafına dəstək olmaqdır. Nitq, diqqət, motor bacarıqları və emosional inkişaf sahələrində faydalı olan, loqopedik təcrübə əsasında seçilmiş oyuncaqlar və inkişaf etdirici materiallar yalnız ciccitoys.az-da təqdim olunur.
Biz burada sadəcə oyuncaq satmırıq – valideynlərə düzgün seçimdə yardımçı olur, uşaqların yaş və ehtiyaclarına uyğun fərqli və keyfiyyətli məhsullar təqdim edirik.
Missiyamız
Uşaqların inkişafına yönəlmiş, loqopedik baxımdan faydalı və keyfiyyətli oyuncaqları hər ailəyə çatdırmaq. Əyləncə və öyrənməni birləşdirən mühit yaratmaq.
Vizyonumuz
Azərbaycanda valideynlərin inandığı və loqopedlər tərəfindən tövsiyə olunan ilk oyuncaq platforması olmaq.
Dəyərlərimiz
• Təhlükəsizlik: Hər bir məhsul sertifikatlı və uşaqlar üçün tam təhlükəsizdir.
• İnkişaf yönümlülük: Hər oyuncağın arxasında loqopedik və pedaqoji baxış var.
• Müştəri məmnuniyyəti: Hər bir valideynin sualına diqqətlə yanaşırıq, düzgün seçim üçün dəstək veririk.
• Keyfiyyət və fərqlilik: Klassik oyuncaqlardan fərqli olaraq, bizdə unikal və inkişaf etdirici məhsullar mövcuddur.
Niyə biz?
• Çünki loqopedik təcrübəyə əsaslanan seçim edirik.
• Çünki uşağınız üçün yalnız faydalı və sevdirici oyuncaqlar təklif edirik.
• Çünki valideynlərə dəstək göstərən və inkişafı düşünən bir komandayıq.